?

Log in

No account? Create an account
Previous Entry Share Next Entry
"Sülh və səhv"
avazhasanov
Süıhdən danışmaq populyar deyil! Bunu Azərbaycanda hər kəs bilir. Nədən hamının sevmədiyi mövzudan danışasan və özünə düşmən qazanasan?! Rahat başını ağrıdasan?

Azərbaycanın müharibə aparacağına inanıb, nə zamansa torpaqların müharibə yolu ilə azad olunmasına inanların ən gözəl söykənəcəyi arqumentlər bunlardır: "Ermənilər bizə torpaq qaytaran deyil, bizim torpaqları azad edəcəyimiz yalnız müharibədən keçir. Biz müharibəni başlasaq artan iqtisadiyyatımız və inkişaf edən ordumuzun sayəsində tezliklə qalib gələcəyik. Dünya birliyinin bizi dəstəkləməməsinə baxmayaraq biz haqq işimizə inanırıq...." 

Belə çıxır ki, keçən müddət ərzində biz dünya birliyinə öz haqq işimizi normal göstərə bilməmişik, erməniləri informasiya "müharibəsi"ndə qabaqlaya bilməmişik. artan iqtisadiyyatımızı ölkəmizin ən ciddi probleminin həllinə yönəldə bilməmişik, Azərbaycandan kənarda yaşayanlarımız ölkəmizə diaspora yarada bilməyib və Azərbaycanın problemini dünyada aktuallaşdıra bilməmişik.

Sülh üçün nə etmişik: rəsmi əlaqələr yaratmaq imkanı olmayan hakimiyyətin, regionda Azərbaycanın sülhün bərqərar olmasında maraqlı dövlət olması mesajını dünyaya çatdırmak imkanı olan vətəndaş cəmiyyətlərini küncə sıxmışıq, istənilən sülh təşəbbüsünü yerində boğmağa çalışmışıq və bununla ermənilərin əlinə şans vermişik ki, bütün dünyaya yaysınlar ki, "Azərbaycan danışıqların sülh yolu ilə həll olunmasında maraqlı deyil".

Sülhü səhv addım kimi görənlər onun əvəzinə nəyi təklif edirlər! Demək olar ki, müharibə modeilnidən başqa heç nəyi. Hansı müharibəni? Bunun da təfərrüatını eşitmək istəmirlər. Dağlıq Qarabağ münaqişəsindən 20 il keçir. Bu illər ərzində müharibəni başlamaq şansımız olmayıb. İnformasiya "müharibəsi"ni belə uduzmuşuq. Cəmiyyət radikallaşıb! Son zamanlar sülh təşəbbüsləri ilə çıxış edən hakimiyyət belə bu radikallığın qarşısında acizdir. Özünü vətənpərvər hesab edənlər cəmiyyətdə istənilən təşəbbüsləri sıfıra endirirlər. Kütləvi informasiya vasitələri bu "vətənpərvər"liyi ruhlandırmaqla məşğuldur. Sosial şəbəkələr qeyri-ciddi insanlarla doludur. 

Avropada bizə inanan yoxdur (bizimlə dostluq edənlərdən başqa). İran bizə dişini qıcıyıb, Rusiya bizi yenidən öz təsir dairəsinə çəkmək istəyir və bundan ötrü istənilən provakasiyaya hazırdır. Bu provakasiya məhz Qarabağ cəbhəsində olacaq. Bizim bütün enerji layihələrimiz belə bu siyasi incəliklərin mişenidir.

Mən 10 ildən artıqdır ki, bütün sülhyaratma təşəbbüslərimizi bütün bu proseslərin fonunda etməkdə davam etdirirəm. Biz sülhyaratma fəaliyyətini sadəcə 20 il mövcud olan taym-out dövründə çətin və arzuolunmaz bir mühitdə edirik. Biz Azərbaycanın öz torpaqlarını azad edəcəyinə və regionda sülhün əldə olunmasında addımlar atacağına inanırıq. Biz sülhü və ona çağrışı səhv addım saymırıq. Sülhün gətirə biləcəyi dvidentləri müharibənin gətirəcəyi dağıntı və xeyirlərdən fərqləndirməyi bacarırırq. Budur bizim "səhvimiz"! Sülh üçün gördüyümüz "səhv"!